Yuxarı

Əbülfəs Qarayev: “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı Humanitar Foruma hazırlıqdır”

​Əbülfəs Qarayev: “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı Hum
© Report / Firi Salim — Əbülfəs Qarayev

“Azərbaycan Prezidenti tərəfindən əsası qoyulmuş Bakı prosesi müxtəlif formatlarda həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda Bakıda keçirilən "dəyirmi masa"da Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bu ilin payızında Bakıda növbəti Humanitar Forumun keçiriləcəyini qeyd edib. 

“Ona hazırlıq üçün Rusiya ilə bu mədəniyyətlər dialoqunu təşkil etdik. Bu, iki paytaxt arasında ilk belə tədbirdir”, - nazir bildirib.

Onun sözlərinə görə, forumda iştirak etmək üçün Rusiyadan Azərbaycana təxminən 150 nəfərdən ibarət geniş nümayəndə heyəti gəlib.

Ə.Qarayev qeyd edib ki, Bakıda keçirilən konfrans çərçivəsində qarşıdan gələn Humanitar Forumunun işinin əsası qoyulacaq.

“Bu konfrans bizə mütəxəssislərimiz, sənətkarlarımız, elm adamlarımız, ictimai xadimlərimiz arasında əlaqələr qurmaq və onları genişləndirmək imkanı verəcək”, - o əlavə edib.

Nazirin sözlərinə görə, belə tədbirlərin keçirilməsi ölkələrin bir-birini və mədəniyyətlərini daha yaxşı tanımağa, eləcə də müxtəlif fobiyalara və qarşılaşdıqları çağırışlara qarşı birlikdə hərəkət etməyə xidmət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi