Yuxarı

Dövlət Departamentinin nümayəndəsi: "ABŞ Əfqanıstanda sülh prosesindəki roluna görə Azərbaycana minnətdarlıq edir"

Dövlət Departamentinin nümayəndəsi: "ABŞ Əfqanıstanda sülh prosesindəki roluna görə Azərbaycana minnətdarlıq edir"

Bakı. 29 iyun. REPORT.AZ/ "ABŞ hökuməti Əfqanıstanda sülhə dair istənilən prosesdə iştirak etdiyinə görə Azərbaycana minnətdarlıq edir".

"Report" xəbər verir ki, bunu ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini Elis Uels deyib.

O bildirib ki, Azərbaycan öz coğrafi mövqeyinə görə bu məsələdə çox dəyərli oyunçudur: "Əfqanıstanda Azərbaycanla ABŞ arasındakı əməkdaşlıq iki ölkənin münasibətlərinin əsas komponentlərindən biridir".

Xatırladaq ki, Elis Uels Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısnda iştirak etmək üçün Bakıya gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi