Prezident İlham Əliyev: "Dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik"

Prezident İlham Əliyev: "Dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik" Azərbaycan Prezidenti Sankt-Peterburqda törədilən partlayışla əlaqədar rusiyalı həmkarına başsağlığı verib
Xarici siyasət
3 Aprel , 2017 19:01
Prezident İlham Əliyev: Dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik
Azertag.az

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, mətndə deyilir:  

"Hörmətli Vladimir Vladimiroviç.

Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən sarsıtdı.

Biz heç bir təqsiri olmayan dinc vətəndaşlara qarşı yönəlmiş hər bir əməli qətiyyətlə pisləyirik.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Son xəbərlər

Orphus sistemi