Daimi nümayəndə: "Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə YUNESKO-nun prinsip və dəyərlərini pozur"

Daimi nümayəndə: "Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə YUNESKO-nun prinsip və dəyərlərini pozur" "Azərbaycan YUNESKO ilə əməkdaşlığa böyük önəm verir"
Xarici siyasət
7 Noyabr , 2015 17:39
Daimi nümayəndə: Ermənistan Azərbaycanın torpaqlarını işğal etməklə YUNESKO-nun prinsip və dəyərlərini pozur

Bakı. 7 noyabr. REPORT.AZ/ "Azərbaycan YUNESKO ilə əməkdaşlığa böyük önəm verir". "Report" xəbər verir ki, bunu Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi Anar Kərimov YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində ümumi siyasi müzakirələrdə çıxış edərkən deyib.

Səfir qeyd edib ki, 2013-cü ilin iyulunda YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq haqqında Çərçivə Sazişi imzalandıqdan sonra bu əməkdaşlıq daha intensiv xarakter alıb. A.Kərimov YUNESKO-nun layihələrinin reallaşdırılmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.

"Sivilizasiyalar, mədəniyyətlər və dinlərin kəsişməsində yerləşən Azərbaycan mədəniyyətlərarası dialoqun aparıldığı məkana çevrilib. Bu il 3-cü dəfə Azərbaycanda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu isə Azərbaycan hökumətinin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına münasibətinin ən yaxşı nümunələrindən biridir", - səfir qeyd edib.

A.Kərimov bunun qarşılığında Ermənistanın illərdir mədəniyyət abidələrini dağıtdığını xatırladıb: "Dərin təəssüf hissi ilə bildirməliyəm ki, bizim regionda sülh, təhlükəsizlik və sabitlik hələ də təhlükə altındadır. Ermənistan Silahlı Qüvvələri Azərbaycan torpaqlarını işğal etməklə YUNESKO-nun prinsip və dəyərlərini pozur. Ermənistan tərəfi illərdir mədəniyyət abidələrinin dağıdılması ilə məşğuldur. Ermənilər həm işğal etdikləri ərazilərdə, həm də Ermənistanın özündə bu torpaqlarda azərbaycanlıların çox qədimdən yaşadığını sübut edən neçə-neçə tarixi abidə, məscid və qəbiristanlığı yerlə yeksan edib".

Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi bütün bunlara baxmayaraq, monoetnik və tək dinli ölkə olan Ermənistanın başqalarına tolerantlıq öyrətməyə çalışmasının təəccüblü olduğunu da qeyd edib.

Son xəbərlər

Orphus sistemi