Çili XİN: Diplomatik nümayəndəlik Azərbaycanla ticarəti genişləndirməyə imkan verəcək

Çili XİN: Diplomatik nümayəndəlik Azərbaycanla ticarəti genişləndirməyə imkan verəcək "Azərbaycan Qafqaz regionunda əsas iqtisadi oyunçudur"
Xarici siyasət
27 Dekabr , 2018 11:42
Çili XİN: Diplomatik nümayəndəlik Azərbaycanla ticarəti genişləndirməyə imkan verəcək

Bakı. 27 dekabr. REPORT.AZ/ "Azərbaycanda diplomatik nümayəndəliyin açılması Çilinin təbii sərvətləri, coğrafiya mövqeyi və demoqrafik potensialına görə böyük əhəmiyyəti olan regionda daha böyük miqyasda təmsil olunmasına imkan yaradacaq. Bu, şübhəsiz ki, Çilinin xarici siyasətində mühüm mərhələdir".

"Report" xəbər verir ki, bu barədə Çili Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan zəngin neft və təbii qaz ehtiyatlarına görə Qafqaz regionunda böyük iqtisadi oyunçudur.

"Bakıda diplomatik nümyaəndəliyin açılması ölkələr arasında ticarət, investisiya, əməkdaşlıq və siyasi dialoqun genişləndirilməsinə imkan verəcək", - Çili XİN-dən vurğulanıb.

Həmçinin Çilinin Azərbaycandakı nümayəndəliyinə müvəqqəti işlər vəkili Qabriel Xara Maldonado rəhbərlik edəcək.

Xatırladaq ki, o, artıq Bakıya gəlib və Azərbaycan Xarici İşlər Nazirliyində görüşlər keçirib. 

Son xəbərlər

Orphus sistemi