Yuxarı

Mövlud Çavuşoğlu ABŞ-dakı azərbaycanlı və türkiyəli tələbələrə müraciət edib

Çavuşoğlu: "Bəzən bir dövlət kimi fəaliyyət göstərirk"

Bakı. 7 fevral. REPORT.AZ/ “Azərbaycanın olmadığı yerdə Türkiyə Azərbaycanı, Türkiyənin olmadığı yerdə Azərbaycan Türkiyəni təmsil edir”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyaya üzv olan ölkələrin xarici işlər nazirlərinin toplantısından sonra keçirdiyi mətbuat konfransında deyib. 

Türkiyə və Azərbaycandan olan tələbələrə müraciət edən XİN başçısı vurğulayıb ki, xüsusi ilə xaricdə yaşayan azərbaycanlılar və türkiyəlilər birlikdə fəaliyət göstərirlər: "Onlar ortaq və milli mübarizəmizi birgə müdafiə edirlər. Bu da sevindirici haldır. Bir millət iki dövlətik, ancaq bəzən bir dövlət kimi fəaliyyət göstəririk. Azərbaycanın diplomatik nümayəndəliklərinin olmadığı dünyanın bir sıra yerlərində bizim diplomatik missiyamız Azərbaycan üçün kampaniya aparır. Bizim olmadığımız yerdə də cənab Prezident İlham Əliyev başda olmaqla Türkiyəni Azərbaycandakı qardaşlarımız təmsil edir”.

M.Çavuşoğlu TANAP təbii qaz kəmərini, “Star” Neft-Emalı zavodu və Bakı-Tbilis-Qars dəmiryol xəttinin əhəmiyyətini, bu layihələr üzrə Türkiyə və Azərbaycanın birlikdə fəaliyyət göstərdiklərini vurğulayıb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi