Yuxarı

Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayır

Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayır

Sessiya zamanı Avropa Şurasının baş katibi Tyurbyorn Yaqland və Yunanıstan Prezidenti Prokopis Pavlopulos çıxış edəcəklər

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işinə başlayır.

"Report"un məlumatına görə, sessiya zamanı AŞPA-nın vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hakim vəzifələrinə seçkilər keçiriləcək, Büro və Daimi Komitənin hesabatları dinləniləcək. Parlamentarilər Bolqarıstanda keçirilmiş parlament seçkilərinin monitorinqinin nəticələrinə, Türkiyənin demokratik institutlarının fəaliyyətinə dair hesabatları müzakirə edəcəklər.

Avropa Şurasının baş katibi Tyurbyorn Yaqland və Yunanıstan Prezidenti Prokopis Pavlopulos AŞPA deputatları önündə çıxış edəcəklər.

AŞPA sessiyası işinə aprelin 28-də yekun vuracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi