Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayır

Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayır Sessiya zamanı Avropa Şurasının baş katibi Tyurbyorn Yaqland və Yunanıstan Prezidenti Prokopis Pavlopulos çıxış edəcəklər
Xarici siyasət
24 Aprel , 2017 09:12
Bu gün Strasburqda AŞPA-nın yaz sessiyası başlayır

Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işinə başlayır.

"Report"un məlumatına görə, sessiya zamanı AŞPA-nın vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) hakim vəzifələrinə seçkilər keçiriləcək, Büro və Daimi Komitənin hesabatları dinləniləcək. Parlamentarilər Bolqarıstanda keçirilmiş parlament seçkilərinin monitorinqinin nəticələrinə, Türkiyənin demokratik institutlarının fəaliyyətinə dair hesabatları müzakirə edəcəklər.

Avropa Şurasının baş katibi Tyurbyorn Yaqland və Yunanıstan Prezidenti Prokopis Pavlopulos AŞPA deputatları önündə çıxış edəcəklər.

AŞPA sessiyası işinə aprelin 28-də yekun vuracaq.

Son xəbərlər

Orphus sistemi