BMT rəsmisi: "Terror təşkilatları yalan və əsassız məlumatları internet vasitəsilə gənclərə yönəldirlər"

BMT rəsmisi: "Terror təşkilatları yalan və əsassız məlumatları internet vasitəsilə gənclərə yönəldirlər" ​"Terror təşkilatları internet üzərindən yalan və əsassız məlumatları gənclərə yönəldirlər".
Xarici siyasət
3 May , 2019 13:00
BMT rəsmisi: Terror təşkilatları yalan və əsassız məlumatları internet vasitəsilə gənclərə yönəldirlər

"Terror təşkilatları yalan və əsassız məlumatları internet vasitəsilə gənclərə yönəldirlər".

"Report" xəbər verir ki, bunu BMT-nin Terrorla Mübarizə İdarəsinin Aparat rəhbəri Sevil Əlirzayeva V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Gənclərin məşğulluğu və peşə təhsili: ayrı-seçkilik və bərabərsizlik əleyhinə innovativ yanaşmalar" mövzusundakı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, terrorizmə qarşı mübarizədə ənənəvi metodlar effektiv deyil: “Terrorizmlə mübarizədə nəticə əldə etmək üçün sülh daimi olmalıdır. Terrorizmlə mübarizədə gənclərin iştirakı vacibdir. BMT Baş katibinin tapşırığına əsasən, terrorizmə qarşı mübarizədə gənclərin xidmətlərindən istifadə edilir. Gənclər terrorizmlə mübarizədə aparıcı qüvvədirlər".

O qeyd edib ki, gənclər terror təşkilatlarının təsiri altına tez düşə bilirlər: "Biz bunu bilirik. Gəncləri perspektivli cəmiyyətlərə inteqrasiyaya etdiyimiz təqdirdə, onlar terror təhlükəsindən kənarda qala bilirlər. BMT Baş katibi də üzv dövlətləri gəncləri bu məsələdə aktiv olmağa çağırır”.

Azərbaycan Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov isə qeyd edib ki, Azərbaycan çox yaxın tarixdə terrordan əziyyət çəkib, ekstremizmlə üzləşib: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qonşu Ermənistan bizə təcavüz etdi. Digər tərəfdən, Azərbaycanda tolerantlıq çox ciddi dəyərdir. Dünyanın müxtəlif yerlərində dəhşətli hadisələr baş verir. Azərbaycanda isə həm dini, həm də etnik tolerantlıq hökm sürür”.

F.Cəfərov panel iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda dövlət tərəfindən gənclərə böyük dəstək göstərilir: “Azərbaycan Gənclər Fondu 4000-dən çox gəncin layihəsinə dəstək verib. Onu da qeyd edim ki, Azərbaycan Gənclər Fondunun səlahiyyətləri artırılıb. Bu isə gənclərin xaricdə təhsillə bağlı layihələrinə dəstək verilməsinə səbəb olacaq”.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsinin Kabinet rəhbəri və sözçüsü Nihal Saad vurğulayıb ki, gənclər terrorizmə qarşı mübarizədə BMT-nin əsas tərəfdaşıdır: “Gün keçdikcə ekstremizm halları artır. Bunu inkar etmək olmaz. Elə buna görə də biz gəncləri daha tez, daha erkən olaraq ekstremizmin zərərləri barədə məlumatlandırmalıyıq”.

Son xəbərlər

Orphus sistemi