Berlində ATƏT PA-nın illik sessiyası işə başlayıb

Berlində ATƏT PA-nın illik sessiyası işə başlayıb Bakı. 7 iyul. REPORT.AZ/ Berlində, Almaniya Bundestaqının iqamətgahında – Reyxstaqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 27-ci illik sessiyası işə başlayıb.
Xarici siyasət
7 İyul , 2018 18:27
Berlində ATƏT PA-nın illik sessiyası işə başlayıb

Bakı. 7 iyul. REPORT.AZ/ Berlində, Almaniya Bundestaqının iqamətgahında – Reyxstaqda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 27-ci illik sessiyası işə başlayıb.

"Report" xəbər verir ki, sessiyada Şimali Amerika, Avropa və Asiyadan təqribən 300 deputat iştirak edir.

Azərbaycan Respublikasını Milli Məclis sədrinin müavini, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Sessiya üçün "ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu" mövzusu seçilib.

İllik sessiya ATƏT PA-nın ən iri tədbiridir. Gözlənildiyinə görə, sessiyanın sonunda Berlin Bəyannaməsi qəbul ediləcək. Bu, milli hökumətlərə, parlamentlərə və beynəlxalq birliyə siyasət, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit və insan haqları sahəsində tövsiyələrdən ibarət olan siyasi sənəddir.

Son xəbərlər

Orphus sistemi