BƏƏ şirkəti Qarabağda qanunsuz fəaliyyət göstərən mobil operatorla razılaşmasını ləğv edib

BƏƏ şirkəti Qarabağda qanunsuz fəaliyyət göstərən mobil operatorla razılaşmasını ləğv edib Bakı. 25 iyun. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mobil operatoru “Etisalat” Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyət göstərən mobil operatorla rouminq razılaşmasını ləğv edib.
Xarici siyasət
25 İyun , 2018 16:09
BƏƏ şirkəti Qarabağda qanunsuz fəaliyyət göstərən mobil operatorla razılaşmasını ləğv edib
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mobil operatoru “Etisalat” Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyət göstərən mobil operatorla rouminq razılaşmasını ləğv edib. 

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycanın BƏƏ-dəki səfirliyinin gördüyü tədbirlər nəticəsində mümkün olub: "Ermənistan Beynəlxalq Telekommunkasiya İttifaqının təlimat və qaydalarına zidd olaraq, onun üçün ayrılmış +374 beynəlxalq kodunu Azərbaycanın işğal olunmuş ərazilərinə də şamil edir və bununla Azərbaycanın radio-telekommunikasiya məkanına, radio tezliklərinə qanunsuz müdaxilə edir. Həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı ölkələr üzrə mobil kodlar (MCC) və mobil şəbəkə kodlarının (MNC) ayrılmasına məsul olduğu halda, “Karabakh Telecom” BTİ-nin E.212 saylı təlimatını pozaraq “283” ölkə üzrə mobil kodunu və “04” mobil şəbəkə kodunu Azərbaycanın işğal olunmuş ərazilərində tətbiq edir". 

"Hazırda Ermənistanda aparılan korrupsiya tərkibli cinayət işlərində “Karabakh Telecom” şirkətinin də adı hallanır. Beynəlxalq hüququn norma və prinsiplərini, Beynəlxalq Telekommunikasiya İttifaqının təlimat və qaydalarını, həmçinin korporativ biznes etikası qaydalarını əsas tutaraq ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” şirkətinin digər beynəlxalq mobil operatorlarla rominq əməkdaşlığı bundan sonra da dayandırılacaq", - H.Hacıyev qeyd edib. 

Son xəbərlər

Orphus sistemi