BƏƏ-nin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

BƏƏ-nin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq Federal Milli Şuraya seçkilərlə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.
Xarici siyasət
20 Sentyabr , 2019 12:40
BƏƏ-nin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq

Federal Milli Şuraya seçkilərlə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.

BƏƏ səfirliyindən "Report"a verilən məlumata görə, diplomatik missiyadakı məntəqə Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsi, 144/108a ünvanı üzrə sentyabrın 22-23-də açıq olacaq.

BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Əlqubaisi bu seçkilərin 2006-cı ildən bəri sayca üçüncü olduğunu və onun əmirliyin siyasi inkişafında yeni mərhələ olacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi