Batumidə QDİƏT PA-nın komitə iclasları keçirilir

Batumidə QDİƏT PA-nın komitə iclasları keçirilir Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) komitə iclasları keçirilir.
Xarici siyasət
15 May , 2019 13:09
Batumidə QDİƏT PA-nın komitə iclasları keçirilir

Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının (PA) komitə iclasları keçirilir.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə muxtar respublikanın hökumət administrasiyası məlumat yayıb.

Toplantıda iştirak edən Acarıstan MR-in hökumət başçısı Tornike Rijvadze Gürcüstan üçün QDİƏT formatı çərçivəsində əməkdaşlığın əhəmiyyətli olduğunu bildirib: “Gürcüstan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçilərindən biri və fəal iştirakçısıdır. Biz bölgədə sabitliyin gücləndirilməsi və Qara dəniz bölgəsində regional əməkdaşlığa böyük önəm veririk”.

Hökumət rəhbəri tərəfdaş ölkələrin Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsinin əhəmiyyətini xüsusi olaraq qeyd edib: “Bizim əsas strateji məqsədimiz ölkənin ərazi bütövlüyünün bərpa olunmasıdır. Mən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrə bu qəti dəstəyə görə minnətdarlığımı bildirirəm”.

Sabah da davam edəcək komitə iclaslarında QDİƏT PA-nın baş katibi Asəf Hacıyev, vitse-prezidenti, Gürcüstanın PA-dakı nümayəndə heyətinin rəhbəri Otar Danelia və digər rəsmi şəxslər iştirak edirlər.

Qara dəniz bölgəsində siyasi, iqtisadi, ticari və ətraf mühit məsələlərinin müzakirə olunduğu iclaslara 9 ölkədən, ümumilikdə, 40-a yaxın deputat qatılıb.

Son xəbərlər

Orphus sistemi