Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclası başlayıb

Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclası başlayıb Bakı. 28 iyun. REPORT.AZ/ Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclası başlayıb.
Xarici siyasət
28 İyun , 2018 09:40
Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclası başlayıb
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 28 iyun. REPORT.AZ/ Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun iclası başlayıb.

"Report"un məlumatına görə, toplantıda Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov, Beynəlxalq Təmas Qrupuna üzv olan ölkələrin və beynəlxalq təşkilatların 90-na yaxın nümayəndəsi iştirak edir.

Eyni zamanda Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri də tədbirə qatılmaq üçün Bakıya gəliblər. 

İclasda Əfqanıstanın və yerləşdiyi regionun inkişafına töhfə verilməsi məsələsinə dair müzakirələr aparılır.

Qeyd edək ki, Beynəlxalq Təmas Qrupu 2009-cu ildə yaradılıb və Azərbaycan Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Əfqanıstanla birlikdə Almaniya Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.

Xatırladaq ki, Azərbaycan Respublikası Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir. 2017-ci ilin dekabrın 1-də Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi- İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.

Son xəbərlər

Orphus sistemi