Kestutis Yanskauskas: "Avropa İttifaqı Azərbaycanın əsas ticarət partnyorudur" - FOTO

Kestutis Yanskauskas: "Avropa İttifaqı Azərbaycanın əsas ticarət partnyorudur" - FOTO Bu il Avropa İttifaqı və Azərbaycan əməkdaşlıq haqqında sazişin imzalanmasının 20 illiyini qeyd edir, həmçinin gələcəkdə əməkdaşlıq üçün baza olacaq yeni razılaşmanın imzalanmasını başa çatdırmağa hazırlaşır.
Xarici siyasət
7 May , 2019 21:42
Kestutis Yanskauskas: Avropa İttifaqı Azərbaycanın əsas ticarət partnyorudur - FOTO

"Bu il Avropa İttifaqı və Azərbaycan əməkdaşlıq haqqında sazişin imzalanmasının 20 illiyini qeyd edir, həmçinin gələcəkdə əməkdaşlıq üçün baza olacaq yeni razılaşmanın imzalanmasını başa çatdırmağa hazırlaşır".

"Report" xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yanskauskas Bakıda Avropa Gününə həsr edilmiş tədbirdə bildirib.

Səfir qeyd edib ki, Avropa İttifaqı Azərbaycan iqtisadiyyatının diversifikasiyasını (dəyişikliyini-red) dəstəkləyir.

"Avropa İttifaqı Azərbaycanın əsas ticarət partnyorudur. Biz energetika sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edirik, həmçinin nəqliyyat sahəsində dialoqu həyata keçiririk", - deyə K.Yanskauskas əlavə edib.

O, xatırladıb ki, gələn həftə Brüsseldə Azərbaycanın da iştirak edəcəyi "Şərq tərəfdaşlığı" proqramının 10 illiyinə həsr edilmiş yüksək səviyyəli konfrans olacaq.

Öz növbəsində xarici işlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan və Avropa İttifaqı əməkdaşlığının inkişafı üçün yüksək potensialın olduğunu qeyd edib. O, Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyi qeyd edib.

Tədbirdə daha sonra Bakıda Avropa Günü münasibətilə portuqal müğənnisi Maqda Mendeş vokal musiqisi ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi