Azərbaycanlı gənc ixtiraçı "Forbes" jurnalının reytinqinə daxil edilib

Azərbaycanlı gənc ixtiraçı "Forbes" jurnalının reytinqinə daxil edilib Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova ABŞ-ın məşhur Forbes jurnalının istehsal və enerji sənayesi sahəsində 30 yaşınadək olan 30 ən perspektivli iş adamı və ixtiraçıları reytinqinə daxil edilib.
Xarici siyasət
27 Mart , 2018 10:59
Azərbaycanlı gənc ixtiraçı Forbes jurnalının reytinqinə daxil edilib

Bakı. 27 mart. REPORT.AZ/ Azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova ABŞ-ın məşhur "Forbes" jurnalının istehsal və enerji sənayesi sahəsində 30 yaşınadək olan 30 ən perspektivli iş adamı və ixtiraçıları reytinqinə daxil edilib.

"Report" xəbər verir ki, 15 yaşlı Reyhan Camalova belə siyahıya daxil edilən ilk azərbaycanlı gənc sahibkar olub.

Xatırladaq ki, o, Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən “Rainergy” qurğusu ilə Azərbaycanı təmsil edib. ABŞ Prezidenti Donald Trampın baş məsləhətçisi və qızı İvanka Tramp sammitdə çıxışı zamanı R.Camalovanı xüsusi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi