Yuxarı

Azərbaycanlı deputat Gürcüstan parlamentinin Etika şurasına üzv seçilib

Azərbaycanlı deputat Gürcüstan parlamentinin Etika şurasına üzv seçilib

Gürcüstan parlamentinin Etika şurasının ilk iclası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Mətbuat xidməti məlumat yayıb.

İclasda Etika şurasının fəaliyyəti ilə bağlı məsələlər və müəyyən sənədlərin formaları müzakirə olunub.

Şuranın üzvü İrina Pruidze bildirib ki, sentyabr ayının əvvəli üçün Etika şurası fəaliyyətə tam hazır olacaq.

Etika şurası Gürcüstan parlamentinin qərarı ilə bu il martın 19-da yaradılıb. Şurada 14 deputat təmsil olunub. Onların arasında hakim Gürcü Arzusu Partiyasının Marneuli rayonundan olan majoritar deputatı Ruslan Hacıyev də var.

Şura deputatların davranışı, onların həmkarları, cəmiyyət, KİV və digər qurumlarla münasibətlərini tənzimləyən etika kodeksinin əməl olunmasına nəzarəti həyata keçirəcək. Şura həmçinin kodeksin pozulması hallarında məsuliyyəti də müəyyən edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi