Azərbaycan XİN başçısı Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan XİN başçısı Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib Görüşdə Azərbaycanla Aİ arasında siyasi, iqtisadi, enerji, və insan hüquqları sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Xarici siyasət
26 Fevral , 2015 17:33
Azərbaycan XİN başçısı Aİ-nin insan hüquqları üzrə xüsusi nümayəndəsini qəbul edib

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və insan hüquqları sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Stavros Lambrinidis Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizm ənənələrinin və ölkənin Fransada törədilmiş terror hadisələrinə münasibətinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.

Son xəbərlər

Orphus sistemi