Yuxarı

Azərbaycanın Sudandakı fəxri konsulu fəaliyyətə başlayıb

Azərbaycanın Sudandakı fəxri konsulu fəaliyyətə başlayıb
Elmar Məmmədyarov Azərbaycanın Sudandakı fəxri konsulu Tarig Hamza Zeynəlabdini qəbul edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Sudandakı fəxri konsulu Tarig Hamza Zeynəlabdini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov Tarig Hamza Zeynəlabdini fəxri konsul qismində fəaliyyətə başlaması münasibətilə təbrik edib. 

Görüşdə Azərbaycan və Sudan arasında ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Tarig Hamza Zeynəlabdin Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) təcrübəsinin Sudanda böyük maraqla qarşılandığını qeyd edərək bu sahədə əməkdaşlığın vacibliyini diqqətə çəkib.

Görüşdə həmçinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyi bildirilib. Bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində Sudanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

Fəxri konsul fəaliyyəti dövründə iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi