Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün Quba rayon icra hakimiyyəti rəhbərliyinin başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstanın Kant şəhərinə yola düşüb.
"Report"un Şimal bürosu xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov, Quba Bələdiyyəsinin sədri Zakir Müslümov və digər şəxslər Qırğızıstana səfər ediblər.
Quba rayon rəsmilərinin Kant şəhərilə tanışlığından sonra müxtəlif sahələr üzrə sazişlər imzalanacaq.
Qeyd edək ki, bu barədə bu il oktyabrında qırğız nümayəndə heyətinin Quba şəhərinə gəlişi zamanı niyyət protokolu imzalanıb. Onların Qubaya gəlişi rayonla tanışlıq xarakteri daşıyıb və Quba rayonu Qırğıstanın Çuy vilayətinin Kant şəhərilə qardaşlaşma memorandumu imzalanıb.
Kant Qırğızıstanıən Azərbaycan diasporunun aktiv olduğu şəhərlərdən biridir.