Yuxarı

Azərbaycanın İordaniyadakı səfiri Əmman-Bakı birbaşa reyslərin bərpa olunacağına ümid edir

Rasim Rzayev: Azərbaycanla İordaniya arasında güclü qardaşlıq münasibətləri var

Bakı. 14 may. REPORT.AZ/ "Azərbaycanla İordaniya arasında güclü qardaşlıq münasibətləri var".

"Report" İordaniyanın hökumət saytı olan "Petra"ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İordaniyadakı səfiri Rasim Rzayevin Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar verdiyi bəyanatında deyilir.

Səfir iki ölkə arasında qarşılıqlı rəsmi səfərlərin önəmini qeyd edərək fevral ayında Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının iclasının çağırılmasını, eləcə də turizm sahəsində əhəmiyyətli tərəqqinin əldə olunmasını xatırladıb və özəl sektor səviyyəsində əlaqələri gücləndirilməsinin zəruri olduğunu bildirib.

O, həmçinin hazırda 2008-ci ildə dayandırılmış İordaniya və Azərbaycan arasında birbaşa hava əlaqəsinin bərpa edilməsi üzrə işlərin aparıldığını vurğulayıb və ən qısa zamanda bunun reallaşacağına ümidvar olduğunu söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi