Yuxarı

Azərbaycanda iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması ilə bağlı layihə icra ediləcək

Azərbaycanda iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması

Azərbaycanda iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması ilə bağlı layihə icra ediləcək.

“Report” xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramının Azərbaycandakı rezident-əlaqələndiricisi əvəzi Alessandro Frakasetti Bakıda keçirilən təqdimat mərasimində məlumat verib. 

Onun sözlərinə görə, Avropa İttifaqının BMT İnkişaf Proqramı və s. tərəfdaşlarının iştirakı ilə keçiriləcək layihəyə  "Şərq Tərəfdaşlığı" proqramının üzvü olan 6 ölkənin hamısı cəlb olunub. Layihə Azərbaycan tərəfindən İqlim Dəyişilkiyinə dair Bazar Konvensiyası çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəstək məqsədi daşıyır.

Avropa İttifaqı Avropa qonşuluq siyasəti baş direktorluğunun rəhbəri, "Şərq Tərəfdaşlığı" ölkələrində qarşılıqlı fəaliyyət sektorunun başçısı Maykl Rupp də layihənin iqlim dəyişikliklərinin fəsadlarını aradan qaldırmaqda iştirakçı ölkələr qarşısında yeni imkanlar açacağını qeyd edib: “4 il ərzində həyata keçiriləcək layihənin icrasına 8,8 milyon avro maliyyə ayrılıb, Azərbaycana ayrılan vəsait isə 830 min avroya yaxındır”. O, Azərbaycanın bu layihəni regionun yerli şəraitinə uyğunlaşdırmasının zəruri olduğunu, ölkə qanunlarını həmin istiqamətdə təkmilləşdirməyə kömək etmək niyyətində olduqlarını da vurğulayıb.

Aİ-nin Azərbaycandakı daimi nümayəndəliyinin müşaviri Simon Qatti də Azərbaycanla Aİ-nin yaxın zamanlarda imzalayacaqları əhatəli saziş çərçivəsində tərəflər arasında iqlim dəyişikliyi də daxil olmaqla bütün sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyini diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi