Yuxarı

Azərbaycan XKX-nin rəisi MDB təhlükəsizlik orqanları rəhbərlərinin iclasında iştirak edir - FOTO

​Azərbaycan XKX-nin rəisi Kazanda iclasda iştirak edir

Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin (XKX)  rəisi Orxan Sultanov Rusiyanın Kazan şəhərində keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat xidmətləri orqanları rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı illik müşavirəsində iştirak edir.

"Report" "Tatar-inform"a istinadən xəbər verir ki, görüşdə MDB kəşfiyyat rəhbərləri daxili və xarici təhdidlərin qarşısını almaq üçün məlumat mübadiləsi mexanizmlərini, həmçinin terrorizm və ekstremizmə qarşı gələcək addımları müzakirə edəcəklər.

Müşavirənin yekununda nümayəndə heyətlərinin rəhbərləri daxili və xarici təhdidlərin effektiv şəkildə qarşısının alınması məqsədilə iştirakçıların kəşfiyyat məlumatları mübadiləsini və əməkdaşlığın forma və istiqamətlərini yaxşılaşdırmaq istəklərinin qeyd olunacağı memorandum imzalamaq niyyətindədirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi