Azərbaycan XKX-nin rəisi MDB təhlükəsizlik orqanları rəhbərlərinin iclasında iştirak edir - FOTO

Azərbaycan XKX-nin rəisi MDB təhlükəsizlik orqanları rəhbərlərinin iclasında iştirak edir - FOTO Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəisi Orxan Sultanov Rusiyanın Kazan şəhərində keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat xidmətləri orqanları rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı illik müşavirəsində iştirak edir.
Xarici siyasət
23 Sentyabr , 2019 12:22
Azərbaycan XKX-nin rəisi MDB təhlükəsizlik orqanları rəhbərlərinin iclasında iştirak edir - FOTO

Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin (XKX)  rəisi Orxan Sultanov Rusiyanın Kazan şəhərində keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat xidmətləri orqanları rəhbərlərinin kəşfiyyat fəaliyyəti ilə bağlı illik müşavirəsində iştirak edir.

"Report" "Tatar-inform"a istinadən xəbər verir ki, görüşdə MDB kəşfiyyat rəhbərləri daxili və xarici təhdidlərin qarşısını almaq üçün məlumat mübadiləsi mexanizmlərini, həmçinin terrorizm və ekstremizmə qarşı gələcək addımları müzakirə edəcəklər.

Müşavirənin yekununda nümayəndə heyətlərinin rəhbərləri daxili və xarici təhdidlərin effektiv şəkildə qarşısının alınması məqsədilə iştirakçıların kəşfiyyat məlumatları mübadiləsini və əməkdaşlığın forma və istiqamətlərini yaxşılaşdırmaq istəklərinin qeyd olunacağı memorandum imzalamaq niyyətindədirlər.

Son xəbərlər

Orphus sistemi