Azərbaycan XİN: Şərqi Qüds məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır - ƏLAVƏ OLUNUB

Azərbaycan XİN: Şərqi Qüds məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır - ƏLAVƏ OLUNUB Şahin Abdullayev: "Azərbaycan İsraillə Fələstin arasında mübahisənin həlli üçün BMT və İƏT səylərini dəstəkləməkdə davam edəcək"
Xarici siyasət
20 İyul , 2017 10:14
Azərbaycan XİN: Şərqi Qüds məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır - ƏLAVƏ OLUNUB
Report.az

Bakı. 20 iyul. REPORT.AZ / "Azərbaycan İsraillə Fələstin arasında mübahisənin həlli üçün BMT və İƏT səylərini dəstəkləməkdə davam edəcək".

"Report" xəbər verir ki, bunu Azərbaycan XİN xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev Bakıda işə başlayan Qüds məsələsi üzrə beynəlxalq konfransda bildirib.

"Yaxın Şərqdə sülhün bərpa olunması üçün Şərqi Qüds məsələsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır", - Ş.Abdullayev qeyd edib.

O, həmçinin Şərqi Qüdsün statusu və Haram-əl-Şərif (Məbəd dağı) məsələlərinin həllinin vacibliyini vurğulayıb.

Xüsusi tapşırıqlar üzrə səfir bildirib ki, Azərbaycan həm İsraillə, həm də Fələstinlə yaxşı münasibətlər qurub: "İsrail ilə yaxşı münasibətlərimiz var, lakin bu bizə Fələstin dövlətini dəstəkləməkdə mane olmur, çünki onun ərazisi işğal edilib. Azərbaycan bu münaqişənin həllinə hər cür kömək etməyə çalışır və həmişə bu məsələ ilə bağlı mövqeyini açıq bəyan edir".

Ş.Abdullayev xatırladıb ki, Azərbaycan da işğaldan əziyyət çəkən ölkədir.

"İki xalq üçün iki dövlət prinsipi əsasında məsələnin həllinə nail olmaq fələstinlilərin hüquqlarının bərpası üçün yeganə məqbul həll hesab olunur", - BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença bildirib. Onun sözlərinə görə, danışıqlar prosesinin dalana dirənməsi və İsrailin Fələstin ərazilərində yaşayış məntəqələrinin tikintisinin genişləndirilməsi iki tərəf arasında uçurumu daha da artırır.

"BMT münaqişənin həlli üçün səylərini davam etdirəcək. Yalnız birgə fəaliyyət göstərərək, biz mövcud münaqişənin həlli üçün irəliyə doğru addım ata bilərik", - M.Yença əlavə edib.

Son xəbərlər

Orphus sistemi