Yuxarı

Azərbaycan XİN başçısı: "Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var"

Azərbaycan XİN başçısı: "Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var"

Elmar Məmmədyarov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci iclasında çıxış edib
© Report

Moskva. 5 dekabr. REPORT.AZ/ "Bu gün Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün yaxşı imkan var".

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının 7-ci iclasında çıxış edərkən deyib.

"Görüşümüz gələn il Qazaxıstanda keçirilməsi planlaşdırılan Xəzəryanı dövlətlərin 5-ci sammitindən əvvəl detalları razılaşdırmağa hesablanıb. Əminəm ki, Xəzəryanı dövlətlər beynəlxalq hüququ nəzərə almaqla, Xəzərin statusuna dair konsensus əldə etmək üçün əllərindən gələni edəcəklər", - E.Məmmədyarov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi