Azərbaycan vətəndaşlarının Qazaxıstanda qeydiyyatsız qalma müddəti artırılıb

Azərbaycan vətəndaşlarının Qazaxıstanda qeydiyyatsız qalma müddəti artırılıb Azərbaycan və Qazaxıstan qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişə dəyişiklik edilməsi barədə protokol imzalayıb.
Xarici siyasət
14 Oktyabr , 2019 10:21
Azərbaycan vətəndaşlarının Qazaxıstanda qeydiyyatsız qalma müddəti artırılıb

Azərbaycan və Qazaxıstan qarşılıqlı vizasız gediş-gəliş haqqında sazişə dəyişiklik edilməsi barədə protokol imzalayıb.

"Report" xəbər verir ki, müvafiq sənəd Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündən əvvəl imzalanıb.

Protokolu Azərbaycan tərəfdən Xarici İşlər naziri Elmar Məmmədyarov, Qazaxıstan tərəfdən isə Daxili İşlər naziri Yerlan Turqunbayev imzalayıb.

Razılaşmaya əsasən Qazaxıstan və Azərbaycan vətəndaşlarının müvafiq olaraq bu ölkələrin ərazisində qalma müddəti 30 gündən 90 günə qədər artırılır, həmçinin həmin vətəndaşların 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edir.

Dəyişikliklər müvafiq ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi