Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub Aprelin 23-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.
Xarici siyasət
23 Aprel , 2020 17:57
Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı olub
Report

Aprelin 23-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub. 

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən məlumat verilib.

Tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyinə daxil olan bir sıra məsələlər üzrə fikir mübadiləsi həyata keçiriblər.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bir-sıra məsələləri üzrə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.

İkitərəfli əlaqələrin, o cümlədən iqtisadi, ticarət, nəqliyyat sahələrində daha da möhkəmləndirilməsi nazirlər tərəfindən vurğulanıb. Tərəflər Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı keçirilmiş yüksək səviyyəli görüşlərin və əldə olunmuş razılıqların hər iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyindən əminlik ifadə ediblər.

Tərəflər habelə turizm sahəsində imkanların daha çox istifadə edilməsinin əhəmiyyətini, hazırda COVID-19 pandemiyasının bu sahəyə mənfi təsir göstərdiyini qeyd edib və GUAM təşkilatının turizm sahəsində fəaliyyəti də daxil olmaqla bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini vurğulayıblar.

Nazir Elmar Məmmədyarov ukraynalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib və nazir Ditro Kuleba dəvəti məmnunluqla qəbul edib.

Son xəbərlər

Orphus sistemi