Azərbaycan və Türkiyə XİN başçıları Bakıda görüşdülər

Azərbaycan və Türkiyə XİN başçıları Bakıda görüşdülər Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzv dövlətlərinin Xarici İşlər nazirlərinin növbədənkənar iclası çərçivəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Xarici siyasət
6 Fevral , 2020 11:25
Azərbaycan və Türkiyə XİN başçıları Bakıda görüşdülər
Report / Elchin Murad

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzv dövlətlərinin Xarici İşlər nazirlərinin növbədənkənar iclası çərçivəsində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

“Report” xəbər verir ki, M.Çavuşoğlu TDƏŞ-in baş katibi Bağdad Amreyev ilə də görüşüb.

Görüşlərdə təşkilat çərçivəsində əməkdaşlığın perspektivləri və onun gələcək inkişafı müzakirə olunub.

Bundan əlavə, iclas çərçivəsində Qazaxıstanın Xarici İşlər naziri Muxtar Tleuberdi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupov arasında görüş keçirilib.

Son xəbərlər

Orphus sistemi