Azərbaycan və Böyük Britaniya xarici siyasətlə bağlı dialoq aparacaq

Azərbaycan və Böyük Britaniya xarici siyasətlə bağlı dialoq aparacaq Bu il Böyük Britaniya və Azərbaycan xarici siyasətlə bağlı nazirlər səviyyəsində dialoq aparmağı planlaşdırır.
Xarici siyasət
20 Fevral , 2020 16:08
Azərbaycan və Böyük Britaniya xarici siyasətlə bağlı dialoq aparacaq
Azərbaycan və Böyük Britaniya / Report

Bu il Böyük Britaniya və Azərbaycan xarici siyasətlə bağlı nazirlər səviyyəsində dialoq aparmağı planlaşdırır.

Bu barədə “Report”a müsahibəsində Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson bildirib.

“Fevralın sonlarında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında baş naziri təmsil etmək üçün Bakıya edəcəyim səfəri səbirsizliklə gözləyirəm. Bu il daha sonra nazirlər səviyyəsində xarici siyasətlə bağlı dialoq aparmağı da planlaşdırırıq. Müzakirələr üçün vacib ikitərəfli gündəliyimiz var. Buraya ticarət siyasəti, eləcə də regional məsələlər daxildir”, - E.Nikolson deyib.

Son xəbərlər

Orphus sistemi