Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin görüşünün gündəliyi müzakirə olunub

Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin görüşünün gündəliyi müzakirə olunub Elmar Məmmədyarov Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüşüb
Xarici siyasət
22 Sentyabr , 2016 19:28
Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin görüşünün gündəliyi müzakirə olunub

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Türkmənistan Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında enerji, nəqliyyat, mədəni və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.

Nazirlər Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd ediblər. Bu xüsusda tərəflər üçtərəfli formatda energetika nazirləri və xarici işlər nazirlərinin qarşıdan gələn görüşlərinin gündəliyini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi