Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının Tbilisi görüşünün tarixi açıqlanıb

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının Tbilisi görüşünün tarixi açıqlanıb Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri – Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında Tbilisidə keçiriləcək görüşün tarixi məlum olub.
Xarici siyasət
18 Dekabr , 2019 16:00
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının Tbilisi görüşünün tarixi açıqlanıb

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri – Elmar Məmmədyarov, Mövlud ÇavuşoğluDavid Zalkaliani arasında Tbilisidə keçiriləcək görüşün tarixi məlum olub.

“Report”un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səkkizinci üçtərəfli görüş dekabrın 23-nə təyin olunub.

Üçtərəfli görüşlə yanaşı, XİN başçıları arasında ikitərəfli görüşlər də nəzərdə tutulub.

Qeyd edək ki, Tbilisidə bu il oktyabrın 16-da keçirilməli olan üçtərəfli görüş Türkiyə tərəfinin müraciəti əsasında təxirə salınıb.

Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son - yeddinci üçtərəfli görüşü ötən il oktyabrın 29-da İstanbulda keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub.

Son xəbərlər

Orphus sistemi