Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları bəyannamə imzalayıblar - YENİLƏNİB

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları bəyannamə imzalayıblar - YENİLƏNİB Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri arasında keçirilən səkkizinci görüş başa çatıb.
Xarici siyasət
23 Dekabr , 2019 14:00
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları bəyannamə imzalayıblar - YENİLƏNİB

Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri arasında keçirilən səkkizinci görüş başa çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, görüşdən sonra Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu David Zalkaliani birgə bəyannamə imzalayıblar.


*** 11:02

Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri – Elmar Məmmədyarov, David Zalkaliani Mövlud Çavuşoğlu arasında üçtərəfli formatda səkkizinci görüş başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, görüş Dövlət Tədbirləri Sarayında keçirilir.

Görüşdə üçtərəfli əməkdaşlıq məsələləri, hər üç ölkənin iştirakı ilə energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələr müzakirə olunur.

XİN başçıları həmçinin 2020-2022-ci illər üçün fəaliyyət planını da nəzərdən keçirəcəklər.

Nazirlər bölgədə və dünyada baş verən proseslərə də toxunacaqlar.

XİN başçıları ikitərəfli görüşlər də keçirəcəklər.

Üçtərəfli görüşün sonunda birgə bəyannamənin imzalanması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi