Yuxarı

Azərbaycan səfiri Tbilisi meri ilə birgə ağac əkib

​Azərbaycan səfiri Tbilisi meri ilə birgə ağac əkib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Tbilisi dənizi adlandırılan gölün" yaxınlığında ağacəkmə kampaniyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, kampaniyada Tbilisi meri Kaxa Kaladze, onun müavini Maya Bitadze də iştirak edib.

Aksiyaya diplomatik korpusun nümayəndələri, idmançılar, əsgərlər, gənclər və yerli idarəetmə orqanlarının əməkdaşları da qatılıblar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov K.Kaladze ilə birgə ağac əkib.

K.Kaladze Tbilisinin yaşıllaşdırılmasına dəstək göstərən hər kəsə təşəkkürünü bildirib.

Kampaniya çərçivəsində 2 minə yaxın şamağacı əkilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi