Azərbaycan səfiri Pakistanın baş nazirinin məsləhətçisi ilə görüşüb

Azərbaycan səfiri Pakistanın baş nazirinin məsləhətçisi ilə görüşüb Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, ehtiyatda olan general-leytenant Nasir Xan Janjua ilə görüşüb.
Xarici siyasət
2 Fevral , 2018 20:00
Azərbaycan səfiri Pakistanın baş nazirinin məsləhətçisi ilə görüşüb

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, ehtiyatda olan general-leytenant Nasir Xan Janjua ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq münasibətlərinin hər iki ölkənin rəhbərlərinin diqqəti sayəsində daha da möhkəmləndiyi, əməkdaşlığın bütün sahələri əhatə etdiyi vurğulanıb.

Görüşdə səfir Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təxribatları haqqında məlumat verib. O, ermənilərin tarix boyu müsəlmanlara, xüsusən azərbaycanlılara qarşı qərəzli mövqedə olduğunu, bir çox qətliamlar, soyqırımları törətdiyini qeyd edib.

Ermənilər tərəfindən xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayan diplomat Pakistan Milli Assambleyasının və Senatının xarici əlaqələr komitələrinin bu faciəni soyqırımı kimi tanımasının Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Nasir Xan Janjua Pakistanın da uzun illərdir terrorizmlə mübarizə apardığını, bu mübarizədə on minlərlə qurban verdiyini, Azərbaycanla Pakistanın hər zaman bir-birini dəstəklədiyini qeyd edib. O, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə əməkdaşlığın davam etdirilməsi, birgə tədbirlərin və layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi