Azərbaycan səfiri Borjomi dərəsində güclü meşə yanğınları olan yerə baş çəkib

Azərbaycan səfiri Borjomi dərəsində güclü meşə yanğınları olan yerə baş çəkib Azərbaycan diplomatları yanğının lokallaşdırılmasından sonrakı vəziyyətlə tanış olublar
Xarici siyasət
29 Avqust , 2017 12:13
Azərbaycan səfiri Borjomi dərəsində güclü meşə yanğınları olan yerə baş çəkib

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirliyin işçiləri Borjomi dərəsində güclü meşə yanğınları olan yerə baş çəkiblər.

Azərbaycanın Gürcüstandakı səfirliyindən "Report"a verilən məlumata görə, azərbaycanlı diplomatlar yanğının lokallaşdırılmasından sonrakı vəziyyətlə tanış olublar.

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili və yanğınsöndürmə qərargahının digər üzvləri meşə yanğınlarının söndürülməsinə dair işlər barədə ətraflı məlumat veriblər.

Xatırladaq ki, Borjomi milli parkında yanğın təxminən iki həftə əvvəl meydana gəlib. İsti hava və güclü külək səbəbinə görə yanğın sürətlə yayılıb və Gürcüstan qonşularından yardım istəmək məcburiyyətində qalıb. Azərbaycanın Fövqəladə Hallar Nazirliyi yanğınsöndürmə prosesi üçün texnika və canlı qüvvə ayırıb.

Yanğının ötən həftə lokallaşdırılıb və FHN əməkdaşları avqustun 28-də ölkəyə qayıdıblar.

Son xəbərlər

Orphus sistemi