Azərbaycan Prezidenti milli bayram münasibətilə serbiyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti milli bayram münasibətilə serbiyalı həmkarını təbrik edib Prezident İlham Əliyev bu bayram günündə Serbiya dövlətinin başçısına ən xoş arzularını yetirib, dost Serbiya xalqına sülh və rifah diləyib
Xarici siyasət
14 Fevral , 2017 18:36
Azərbaycan Prezidenti milli bayram münasibətilə serbiyalı həmkarını təbrik edib

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə bu ölkənin Prezidenti Tomislav Nikoliçə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda dövlət başçısı ölkələrimiz arasındakı dostluq münasibətlərinin, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə ümidvar olduğunu bildirir.

Prezident İlham Əliyev bu bayram günündə Serbiya dövlətinin başçısına ən xoş arzularını yetirib, dost Serbiya xalqına sülh və rifah diləyib.

Son xəbərlər

Orphus sistemi