Azərbaycan parlamentinin nümayəndə heyəti Rusiya Federasiyasına səfər edəcək

Azərbaycan parlamentinin nümayəndə heyəti Rusiya Federasiyasına səfər edəcək MDB PA-da əhalinin reproduktiv sağlamlıq hüquqlarının qorunması müzakirə ediləcək
Xarici siyasət
25 Noyabr , 2014 17:25
Azərbaycan parlamentinin nümayəndə heyəti Rusiya Federasiyasına səfər edəcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin (MM) sədr müavini Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti noyabrın 26-dan 29-dək Rusiya Federasiyasında səfərdə olacaq. MM-dən "Report"a verilən məlumata görə, səfərin məqsədi MDB Parlament Assambleyasının iclaslarında iştirak etməkdir.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Arif Rəhimzadə, Elton Məmmədov, Hacı Salayev, Rüfət Quliyev, Mirkazım Kazımov, Fəzail Ağamalı və Elmira Axundova daxildirlər.

Sankt-Peterburq şəhərində qurumun Şura toplantısı, plenar sessiyası, Sosial siyasət və insan hüquqları, İqtisadiyyat və maliyyə, Hüquqi məsələlər, Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyalarının iclasları keçiriləcək.

İclaslarda quruma üzv ölkələr arasında parlamentarizm və demokratiya ənənələrinin möhkəmləndirilməsi, yollarda təhlükəsizliyə diqqətin artırılması, əhalinin reproduktiv sağlamlıq hüquqlarının qorunması, yerli özünüidarəetmə orqanları arasında əlaqələrin gücləndirilməsi sahəsində model qanunlar müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi