Bakı 27 noyabr. REPORT.AZ/ Eyni anda dörd ölkə bu gün Ermənistan paytaxtı Yerevanda işinə başlayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 52-ci iclasında yubiley medalını almaqdan imtina edib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, giriş nitqindən sonra Ermənistan parlamentinin sədri Ara Babloyan təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib. Lakin birdən-birə dörd ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib.
Məsələ ilə əlaqədar A.Babloyan mükafatın yalnız nümayəndə heyətinin rəhbərlərinə yox, bütün heyətə aid olduğunu bildirib.
QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev isə öz növbəsində deyib ki, bundan faciə düzəltmək lazım deyil.
Qeyd edək ki, QDİƏT PA-da Azərbaycan nümayəndə heyətinə deputat Eldar Quliyev rəhbərlik edir.