Azərbaycan nümayəndə heyəti Yerevanda keçirilən QDİƏT PA-nın iclasında yubiley medalını almaqdan imtina edib

Azərbaycan nümayəndə heyəti Yerevanda keçirilən QDİƏT PA-nın iclasında yubiley medalını almaqdan imtina edib Türkiyə, Gürcüstan və Ukraynadan olan nümayəndə heyətləri də belə addım atıb
Xarici siyasət
27 Noyabr , 2018 10:49
Azərbaycan nümayəndə heyəti Yerevanda keçirilən QDİƏT PA-nın iclasında yubiley medalını almaqdan imtina edib

Bakı 27 noyabr. REPORT.AZ/ Eyni anda dörd ölkə bu gün Ermənistan paytaxtı Yerevanda işinə başlayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 52-ci iclasında yubiley medalını almaqdan imtina edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, giriş nitqindən sonra Ermənistan parlamentinin sədri Ara Babloyan təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib. Lakin birdən-birə dörd ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib.

Məsələ ilə əlaqədar A.Babloyan mükafatın yalnız nümayəndə heyətinin rəhbərlərinə yox, bütün heyətə aid olduğunu bildirib. 

QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev isə öz növbəsində deyib ki, bundan faciə düzəltmək lazım deyil.

Qeyd edək ki, QDİƏT PA-da Azərbaycan nümayəndə heyətinə deputat Eldar Quliyev rəhbərlik edir.

Son xəbərlər

Orphus sistemi