Azərbaycan müdafiə nazirinin Gürcüstana rəsmi səfəri başlayıb

Azərbaycan müdafiə nazirinin Gürcüstana rəsmi səfəri başlayıb Səfər zamanı beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq
Xarici siyasət
21 May , 2017 11:12
Azərbaycan müdafiə nazirinin Gürcüstana rəsmi səfəri başlayıb

Bakı. 21 may. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər Gürcüstanın müdafiə naziri Levon İzorianın dəvəti ilə gerçəkləşib.

Səfər çərçivəsində müdafiə nazirinin qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi