Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirlərinin görüşü martın 4-də Buxarestdə keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini
Nazir müavininin sözlərinə görə, görüş "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsinə həsr olunacaq.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Aşqabadda "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə dördtərəfli ekspert görüşü keçirilib.