Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya XİN başçılarının görüşü Buxarestdə keçiriləcək

Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya XİN başçılarının görüşü Buxarestdə keçiriləcək Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirlərinin görüşü martın 4-də Buxarestdə keçiriləcək.
Xarici siyasət
1 Fevral , 2019 17:02
Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya XİN başçılarının görüşü Buxarestdə keçiriləcək

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirlərinin görüşü martın 4-də Buxarestdə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rumıniyanın Avropa İttifaqı Şurasındakı sədrliyinə həsr olunmuş tədbirdə bildirib.

Nazir müavininin sözlərinə görə, görüş "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsinə həsr olunacaq.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Aşqabadda "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə dördtərəfli ekspert görüşü keçirilib.

Son xəbərlər

Orphus sistemi