Azərbaycanın 5 ölkədəki səfiri geri çağırılıb, bir ölkəyə yeni səfir təyin edilib

Azərbaycanın 5 ölkədəki səfiri geri çağırılıb, bir ölkəyə yeni səfir təyin edilib Prezident İlham Əliyev bununla bağlı sərəncamlar imzalayıb
Xarici siyasət
23 İyun , 2017 18:31
Azərbaycanın 5 ölkədəki səfiri geri çağırılıb, bir ölkəyə yeni səfir təyin edilib
President.az

Bakı. 23 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Elçin Əmirbəyovun Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən, Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyevin başqa bir sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Yunanıstan Respublikasında və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Son xəbərlər

Orphus sistemi