Yuxarı
    Bağlamaq

    Azərbaycan BMT Baş Assambleyasının Gürcüstanla bağlı qətnaməsini dəstəkləyib

    Dinlə
    Gürcüstan XİN qətnamənin lehinə səs bütün ölkələrə təşəkkür edib

    Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan BMT Baş Assambleyasının Gürcüstanla bağlı qətnaməsini dəstəkləyib.

    "Report" xəbər verir ki, BMT Baş Assambleyası 72-ci sessiyada növbəti dəfə Gürcüstanın təşəbbüsü ilə irəli sürülən "Gürcüstanın Abxaziya və Tsxinvali bölgəsindən qondarma Cənubi Osetiyadan olan məcburi köçkün və qaçqınların vəziyyəti" haqqında qətnaməni qəbul edib.

    Bu qətnamənin lehinə bu il 81 ölkə, o cümlədən Azərbaycan səs verib.

    Gürcüstan Xarici İşlər Nazirliyi qaçqın və məcburi köçkünlərin qaytarılması hüququnu dəstəkləyən bütün ölkələrə təşəkkür edib.

    Gürcüstan XİN-dən bildirilib ki, BMT Baş Assambleyası bu qətnaməni 2008-ci ildən qəbul edir və bununla da məcburi köçkünlərin fundamental hüquqlarını, ilk növbədə, öz yaşayış yerlərinə könüllü, təhlükəsiz və layiqli qaytarılması hüququnu gücləndirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi