Yuxarı

Azərbaycan Baş nazirinin müavini GUAM-ın hökumət başçılarının toplantısına qatılacaq

Azərbaycan Baş nazirinin müavini GUAM-ın hökumət başçılarının toplantısına qatılacaq
Dinlə

© Report/ Firi Salim — Baş naziri­n müavini Əli­ Əhmə­dov

Bakı. 4 oktyabr. REPORT.AZ/ Oktyabrın 5-də Moldovanın paytaxtı Kişineu şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının toplantısı keçiriləcək.

"Report"un məlumatına görə, toplantıda Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclasda GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin perspektivləri müzakirə olunacaq.

Sonda hökumət başçılarının birgə bəyannaməsi, GUAM üzvü olan ölkələrin gömrük idarələri arasında dövlət sərhədlərindən malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol imzalanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi