Azərbaycan Baş nazirinin müavini GUAM-ın hökumət başçılarının toplantısına qatılacaq

Azərbaycan Baş nazirinin müavini GUAM-ın hökumət başçılarının toplantısına qatılacaq Bakı. 4 oktyabr. REPORT.AZ/ Oktyabrın 5-də Moldovanın paytaxtı Kişineu şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının toplantısı keçiriləcək.
Xarici siyasət
4 Oktyabr , 2018 17:53
Azərbaycan Baş nazirinin müavini GUAM-ın hökumət başçılarının toplantısına qatılacaq
Baş naziri­n müavini Əli­ Əhmə­dov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 4 oktyabr. REPORT.AZ/ Oktyabrın 5-də Moldovanın paytaxtı Kişineu şəhərində GUAM-a üzv ölkələrin hökumət başçılarının toplantısı keçiriləcək.

"Report"un məlumatına görə, toplantıda Azərbaycanı Baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İclasda GUAM-a üzv ölkələr arasında iqtisadi, siyasi əlaqələrin inkişafı, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin perspektivləri müzakirə olunacaq.

Sonda hökumət başçılarının birgə bəyannaməsi, GUAM üzvü olan ölkələrin gömrük idarələri arasında dövlət sərhədlərindən malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol imzalanacaq.

Son xəbərlər

Orphus sistemi