Yuxarı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min ABŞ dolları yardım etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min ABŞ dolları yardım etd

377

Afrika İttifaqı Komissiyasının etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bu təşkilata ölkəmiz tərəfindən 20 min ABŞ dolları məbləğində yardım göstərilib.

Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Sözügedən yardım ölkəmizin Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayev tərəfindən təşkilatın Sosial Məsələlər üzrə Komissarı xanım Amira Elfadilə təqdim olunub.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə göstərilmiş bu yardım son dövrlər Afrikanın bir çox ölkələrində, xüsusilə Konqo Demokratik Respublikasında Ebola epidemiyasının törətdiyi sosial-iqtisadi fəsadların aradan qaldırılmasına köməklik məqsədilə ayrılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi