Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min ABŞ dolları yardım etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min ABŞ dolları yardım etdi Afrika İttifaqı Komissiyasının etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bu təşkilata ölkəmiz tərəfindən 20 min ABŞ dolları məbləğində yardım göstərilib.
Xarici siyasət
22 Mart , 2020 13:36
Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min ABŞ dolları yardım etdi
Xarici İşlər Nazirliyi / Report

Afrika İttifaqı Komissiyasının etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə bu təşkilata ölkəmiz tərəfindən 20 min ABŞ dolları məbləğində yardım göstərilib.

Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Sözügedən yardım ölkəmizin Afrika İttifaqı yanındakı daimi nümayəndəsi Elman Abdullayev tərəfindən təşkilatın Sosial Məsələlər üzrə Komissarı xanım Amira Elfadilə təqdim olunub.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) vasitəsilə göstərilmiş bu yardım son dövrlər Afrikanın bir çox ölkələrində, xüsusilə Konqo Demokratik Respublikasında Ebola epidemiyasının törətdiyi sosial-iqtisadi fəsadların aradan qaldırılmasına köməklik məqsədilə ayrılıb.

Son xəbərlər

Orphus sistemi