ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək

ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək Kristina Muttonen Bakıya gəlmək dəvətini qəbul edib
Xarici siyasət
18 Aprel , 2017 10:25
ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək

Bakı. 18 aprel. REPORT.AZ/ "ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonen Azərbaycana rəsmi səfərə dəvət edilib və o, dəvəti məmnuniyyətlə qəbul edib".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın sədr müavini, deputat Azay Quliyev deyib.

O əlavə edib ki, yaxın zamanlarda dəvəti bir daha rəsmi formada qarşı tərəfə çatdıracaqlar: "Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın Büro iclası keçiriləcək. Mən bu məsələni bir daha xanım Muttonenə çatdıracam və konkret tarixi də müzakirə edəcəm. Doğrudur, ATƏT PA-nın bütün sədrləri Azərbaycana səfər edib. Ümid edirəm ki, Kristina Muttonen də yaxın aylarda Azərbaycana səfər edəcək".

A.Quliyev xatırladıb ki, ötən ay Milli Məclis sədri Oqtay Əsədov Sankt-Peterburqda K.Muttonenlə görüşüb və əlaqələrin yaxşılaşdırılması məsələsini müzakirə edib. 

ATƏT PA-nın sədr müavini bildirib ki, Sankt-Peterburqdakı görüşdə müzakirə olunan məsələlər hər iki tərəfləri maraqlara cavab verir. 

Son xəbərlər

Orphus sistemi